Azərbaycan, Türkiyə və Gürcüstan arasında əlaqələr sürətlə inkişaf edir

Posted by

Azərbaycan, Türkiyə və Gürcüstan arasında əlaqələr sürətlə inkişaf edir

Azərbaycan, Türkiyə və Gürcüstan arasında əlaqələr sürətlə inkişaf edir

Azərbaycan, Türkiyə və Gürcüstan arasında əlaqələr sürətlə inkişaf edir

Aprelin 22-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Gürcüstan və Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin nümayəndə heyətləri ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Oqtay Əsədov bu səfərin yeni bir ənənənin başlanğıcı olduğunu bildirmişdir. O, nümayəndə heyətinin ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin gələcək əməkdaşlıq üçün baza yaradacağını vurğulamışdır. Dərin tarixi köklərə söykənən əlaqələrdən danışan sədr demişdir ki, dövlət başçılarının iradəsi ilə üç qardaş ölkə arasında əlaqələr sürətlə inkişaf edir. Siyasətin hər zaman iqtisadiyyatla bağlı olduğunu deyən Oqtay Əsədov ölkələr arasında inkişaf edən iqtisadi əlaqələri xüsusi qeyd etmişdir.

Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Volkan Bozkır Azərbaycanın təkcə regionda deyil, dünyada nüfuzunun artmasının çox sevindirici hal olduğunu qeyd etmişdir. O, ərazisinin 20 faizinin işğal altında olmasına baxmayaraq, Azərbaycanın çox böyük nailiyyətlər qazandığını vurğulamışdır.

Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Tedo Caparidze bildirmişdir ki, Azərbaycan, Gürcüstan və Türkiyə mehriban dostlar, qonşulardır və bu, hər zaman belə davam edəcəkdir. T.Caparidze bu görüşlərin davamlı olacağını və əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini demişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

AzərTac.az