Azərbaycan Türkiyə ilə təhlükəsizlik üzrə əməkdaşlıq və əmək miqrasiyası fəaliyyətini tənzimləyən sazişləri təsdiqləyib

Posted by

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsini qəbul edib.

Trend xəbər verir ki, bu gün Milli Məclisin plenar iclasında iki ölkə arasında təhlükəsizlik üzrə əməkdaşlıq sazişi müzakirə edərək ratifikasiya edilib.

Sənəd barədə məlumat verən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri, Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov bildirib ki, sənədi imzalayan tərəflər milli qanunvericiliklərinə və tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə uyğun olaraq, transmilli cinayətkarlıq, xüsusilə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, qanunsuz miqrasiya, insan alveri, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə qarşı mübarizədə əməkdaşlıq etməyi öhdəlik kimi üzərilərinə götürürlər.

Milli Məclis Türkiyə ilə Azərbaycan arasında əmək miqrasiyası fəaliyyətini tənzimləyən “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair” Sazişi də təsdiqləyib.

Sənəd haqqında məlumat verən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, sazişdə əmək miqrasiyası məqsədi ilə ilk dəfə müraciət edən şəxsə bir il müddətinə yaşamaq icazəsi verilir. Növbəti müddət isə bir ildən az olmamaq şərti ilə uzadılır. İşçiyə həmin müddətdə ölkədə yaşamaq hüququ verilir. Əmək miqrantı sənədə qoşulan ölkələrin qanunvericiliyində nəzərdə tutulan müddətdə müvəqqəti yaşadıqdan sonra həmin dövlətin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ona yaşamaq icazəsi verilir.

Trend.az