Azərbaycan terrorizmi dəstəkləyən şəxslərin siyahısına dəyişikliklər edib
BMT Təhlükəsizlik Şurası (TŞ) “əl-Qaidə” təşkilatı və “Taliban” hərəkatına qarşı Sanksiyalar Komitəsinin beynəlxalq siyahısına 1267 və 1373 saylı qətnamələr üzrə dəyişikliklər edib. Buna səbəb Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin terrorizmi dəstəkləməyə görə beynəlxalq sanksiyaların rejimi altında olan hüquqi və fiziki şəxslərin siyahısına müvafiq dəyişikliklər etməsidir. Bu barədə Trend Xidmətin rəsmi saytına istinadən məlumat verir.
Məlumata görə, siyahıya yeni hüquqi və fiziki şəxslərin adları əlavə edilib, bəzi hüquqi və fiziki şəxslərin adları çıxarılıb, eləcə də onlardan bir neçəsi haqqında məlumatlar dəqiqləşdirilib.
1999-cu ildə BMT TŞ-də “əl-Qaidə” təşkilatı və “Taliban” hərəkatının maliyyə vəsaitlərinin dondurulması və “əl-Qaidə” təşkilatı və “Taliban” hərəkatına qarşı Sanksiyalar Komitəsinin yaradılması barədə 1267 saylı qətnamə qəbul edilib. 1373 saylı qətnamədə terrorçuluq fəaliyyətinin, həmçinin beynəlxalq siyahının təsdiq edilməsi çərçivəsində antiterror komitəsinin yaradılmasının maliyyələşdirilməsinin yolverilməzliyi bildirilir.
Siyahıya edilən sonuncu dəyişikliklər sayca 24-cüdür. Yenilənmə TŞ-nin qərarı və regional təşkilatlardan daxil olan məlumatlar əsasında həyata keçirilir.
Azərbaycan Nazirlər Kabinetinin əmrinə əsasən, beynəlxalq siyahı ölkənin Xarici İşlər Nazirliyinin təqdimatı əsasında Maliyyə Monitorinqi Xidməti tərəfindən təsdiqlənir və yenilənir.