Azərbaycan silahların ixracına nəzarətlə bağlı beynəlxalq tədbirdə təmsil olunacaq
Silahlı Qüvvələrimizin nümayəndələri Belçikada beynəlxalq tədbirdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, dekabrın 4-dən 5-dək Belçikanın paytaxtı Brüssel şəhərində “İkili təyinatlı malların və silahların ixracına nəzarət sahəsində Avropa İttifaqının əməkdaşlıq fəaliyyətlərinin qiymətləndirilməsi” üzrə tədbir keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Trend.az