Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun tədbirində iştirak edir
Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığına rəsmi səfərə gedib.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Səfər yanvarın 22-də Brüssel şəhərində NATO Hərbi Komitəsinin İSAF Əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində görüşündə iştirak etmək məqsədi daşıyır.
APA.az