Azərbaycan səfiri CAR Hərbi Dəniz Qüvvələrinin rəhbəri ilə görüşüb

Posted by

Azərbaycan səfiri CAR Hərbi Dəniz Qüvvələrinin rəhbəri ilə görüşübAzərbaycan səfiri CAR Hərbi Dəniz Qüvvələrinin rəhbəri ilə görüşüb

Azərbaycan səfiri CAR Hərbi Dəniz Qüvvələrinin rəhbəri ilə görüşüb

Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfiri Elxan Poluxov bu gün CAR Hərbi Dəniz Qüvvələrinin rəhbəri admiral Samuel Hlonqvane ilə görüşüb.

Qeyd edək ki, admiral S.Hlonqvane 1987-1991-ci illərdə Azərbaycanın indiki Heydər Əliyev adına Ali Hərbi Məktəbində təhsil alıb.

Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanda gedən siyasi və iqtisadi proseslər haqqında ətraflı məlumat verilib, Azərbaycan-CAR ikitərəfli əlaqələri, əməkdaşlıq sahələri, təcrübə mübadiləsi, Azərbaycanda müvafiq qurumlar arasında əməkdaşlıq üçün hüquqi sənədlərin hazırlanması və imzalanması məsələləri müzakirə edilib.

Həmçinin görüş zamanı admiral S.Hlonqvane bu yaxınlarda CAR-ın Saymons Taun şəhərində Hərbi Dənizçilik Muzeyinin fəaliyyətə başladığını və həmin muzeydə Azərbaycanda təhsil almiş hərbçilərə xüsusi guşə ayrıldığını qeyd edib.

Daha sonra səfir E.Poluxov həmsöhbətini Azərbaycana səfər etməyə dəvət edib.

 

Trend.az