Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakı görüşünün gündəliyi məlum olub
Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin bu yaxınlarda Bakıda baş tutacaq üçtərəfli görüşündə müzakirə olunacaq əsas məsələlər məlum olub.
XİN-in mətbuat katibi Hikmət Hacıyev APA-ya bildirib ki, toplantıda üçtərəfli regional əməkdaşlıq, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və digər qarşılıqlı faydalı əməkdaşlıq layihələri əsas müzakirə mövzuları olacaq.
Görüşün dəqiq tarixi hələlik məlum deyil.
Apa.az