Azərbaycan Respublikasının Ombudsmanı hərbi hissələrdə olub

Posted by

Azərbaycan Respublikasının Ombudsmanı hərbi hissələrdə olubAzərbaycan Respublikasının Ombudsmanı hərbi hissələrdə olub

Azərbaycan Respublikasının Ombudsmanı hərbi hissələrdə olub

Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə tədbirlər planına əsasən, cəbhəboyu zonada növbəti tədbir keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ombudsman Elmira Süleymanovanın rəhbərliyi ilə aparatın əməkdaşları Göygöl, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, o cümlədən ön xətdə yerləşən hərbi hissə və bölmələrin şəxsi heyətləri ilə keçirilən görüşlərdə nazirlik tərəfindən həyata keçirilən islahatlar, ordumuzun yüksək döyüş qabiliyyətinə malik olması, hərbi qulluqçuların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, məişət şəraiti və mənəvi-psixoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıblar.

 

Şəxsi heyət qarşısındakı çıxışlarda Vətənimizə, dövlətimizə sədaqətlə xidmət etmələri, düşmənin istənilən təxribatının qarşısının alınması üçün hər an ayıq-sayıq olmaları hərbi qulluqçulara tövsiyə edilib, eyni zamanda, onları maraqlandıran suallar cavablandırılıb.

 

Görüşlərdə hərbi xidmətdə və döyüş tapşırığının yerinə yetirilməsində fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

 

AZƏRTAC