“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 797 IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, III kitab, maddə 612; 2001, № 7, maddə 462, № 10, maddə 640, № 12, maddə 755; 2002, № 1, maddə 49, № 5, maddələr 260, 275, № 8, maddələr 478, 484, 486; 2003, № 6, maddə 299, № 8, maddə 434, № 9, maddə 478, № 10, maddələr 546, 547, 560, 571, 582; 2004, № 1, maddələr 19, 26, № 3, maddələr 138, 141, № 4, maddə 235, № 5, maddələr 340, 341, 343, 345, 346, № 8, maddələr 607, 608, № 11, maddə 909, № 12, maddə 1005; 2005, № 2, maddələr 67, 69, № 4, maddələr 299, 303, № 8, maddə 702, № 9, maddələr 801, 802, № 12, maddə 1101; 2006, № 2, maddə 83, № 4, maddələr 321, 322, № 5, maddə 407, № 7, maddə 590, № 8, maddələr 662, 663, 674, 675, 679, № 9, maddə 743, № 11, maddələr 942, 945; 2007, № 1, maddə 11, № 2, maddə 87, № 3, maddə 230, № 7, maddə 715, № 8, maddələr 767, 769, № 11, maddələr 1110, 1116, 1120, № 12, maddə 1227; 2008, № 1, maddə 7, № 3, maddə 186, № 6, maddələr 504, 507, № 7, maddə 617, № 8, maddə 713, № 9, maddə 798, № 10, maddə 894, № 11, maddələr 969, 971, 980, № 12, maddələr 1060, 1061, 1062, 1065; 2009, № 2, maddə 330, № 3, maddə 163, № 4, maddə 226, № 7, maddələr 532, 535, 539, 540, 542, № 9, maddə 688, № 10, maddələr 776, 785, № 12, maddələr 979, 993; 2010, № 2, maddə 80, № 3, maddələr 180, 189, № 5, maddə 393, № 7, maddələr 606, 607, 610, № 8, maddələr 721, 725, № 10, maddələr 847, 854, № 11, maddə 972; 2011, № 3, maddələr 174, 175, № 6, maddələr 490, 511, 513, № 10, maddə 895, № 12, maddələr 1117, 1129; 2012, № 1, maddə 7, № 2, maddə 64, № 3, maddə 199, № 4, maddə 284, № 5, maddə 424, № 6, maddə 544, № 7, maddələr 682, 692, 698, № 11, maddələr 1097, 1113, № 12, maddə 1237; 2013, № 3, maddə 238, № 4, maddələr 371, 378, № 5, maddə 500, № 6, maddə 658, № 8, maddələr 892, 894, 907, № 9, maddələr 1042, 1057, 1058; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 fevral tarixli 98 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.48-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.49-cu bənd əlavə edilsin:
“2.49. həmin Məcəllənin 74.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində yerləşən mədəni sərvətlərə münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur.”;
1.2. 3.8-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.8. həmin Məcəllənin 74.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, bu inzibati xətalar “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində yerləşən mədəni sərvətlərə münasibətdə törədildikdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi baxır;”;
1.3. aşağıdakı məzmunda 3.8-1-ci bənd əlavə edilsin:
“3.8-1. həmin Məcəllənin 74.3-cü və 74.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə mədəni irsə münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, təbii irsə münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bu inzibati xətalar “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində törədildikdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi baxır;”;
1.4. 3.33-cü bəndə “həmin Məcəllənin” sözlərindən sonra “74.1-ci,” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2014-cü il.
AzərTac.az