Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinə dəyişikliklər edilib

Posted by

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinə dəyişikliklər edilib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinə dəyişikliklər edilib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinə dəyişikliklər edilib

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 dekabr tarixli 57 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli 287 nömrəli sərəncamının 2.1-ci bəndini nəzərə alaraq “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 dekabr tarixli 57 nömrəli fərmanında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “11 349 934,8” rəqəmləri “10 590 034,8” rəqəmləri ilə əvəz edilsin;

1.2. 3-cü hissənin cədvəlində:

1.2.1. 3.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

3.9.

“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsi məqsədi ilə təsis edilmiş qapalı səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi

40 100,0

1.2.2. “Xərclərin məbləği (min manat)” sütununda cəmi göstərilən sətirdə “11 349 934,8” rəqəmləri “10 590 034,8” rəqəmləri ilə əvəz edilsin;

1.3. həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2014-cü ildə istifadəsinin əsas istiqamətləri (proqramı)”nın 1.9-cu bəndi aşağıdakı redaksiyada verilsin:

“1.9. “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsi məqsədi ilə təsis edilmiş qapalı səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi.”.

Azərbaycan Respublikasının Dövlət Neft Fonduna bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Trend.az