Azərbaycan Qızıl Aypara Cəmiyyəti İsmayıllı rayonunda Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü qeyd edib

Posted by

Azərbaycan Qızıl Aypara Cəmiyyəti İsmayıllı rayonunda Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü qeyd edib

Azərbaycan Qızıl Aypara Cəmiyyəti İsmayıllı rayonunda Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü qeyd edib

Azərbaycan Qızıl Aypara Cəmiyyəti İsmayıllı rayonunda Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü qeyd edib

Azərbaycan Qızıl Aypara Cəmiyyəti İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və 8 may “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” gününə həsr olunmuş təntənəli mərasim keçirib.

 

Cəmiyyətdən APA-ya verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirlər respublikanın demək olar ki, bütün bölgələrini əhatə edir. AzQAC-ın bu tədbiri Azərbaycanın dilbər guşəsi olan İsmayıllı rayonundan başlanıb. Tədbir iki hissədən ibarət olub. İlk olaraq AzQAC-ın prezidenti, millət vəkili Novruz Aslanov, İsmayıllı rayonun İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və digər nümayəndələr Heydər Əliyevin heykəlinin qarşısına əklillər qoyaraq xatirəsini yad ediblər. Bununla yanaşı İsmayıllı rayonun 100 nəfər orta məktəb şagirdi xüsusi geyimdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına dair əyani vəsaitlərlə bu tədbirə qatılaraq, rayonun mərkəzi küçəsində yürüş ediblər. Tədbirin ikinci hissəsi “Uşaq yaradıcılıq Mərkəzində” davam edib.

 

Sonra tədbirin rəsmi hissəsi İsmayıllı Gənclər Mərkəzində davam edib. Azərbaycanın Dövlət himni səslənib. BQXQA Hərəkatına aid olan film nümayiş ediləndən sonra çıxış üçün söz AzQAC-ın prezidenti, millət vəkili Novruz Aslanova verilib. Novruz Aslanov öz çıxışında, İsmayıllı rayon icra başçısı Mirdaməd Sadıqova tədbirin təşkilinə dəstək verməsi üçün minnətdarlığını bildirib.

 

Tədbirdə gənc könüllülər Fövqəladə hallara hazırlıq, İlk yardıma aid maarifləndirmə yönümlü səhnəciklər, rəsm əsərlərini və inşa yazılarını təqdim ediblər. İsmayıllı rayonu “Uşaq yaradıcılıq Mərkəzi”nin musiqi ansamblının ifasında mahnılar səsləndirilib.

 

Sonda AzQAC-ın inkişafında xüsusi xidmətlərinə görə İsmayıllı rayonun bir neçə şəxsinə Fəxri fərmanlar və təşəkkürnamələr təqdim olunub. Bu şəxslər arasında 95 ilini qeyd edən AzQAC-ın fədakar tibb bacısı Şirmai Mirzəliyeva da var idi. Həmçinin tədbirdə fəallıq göstərən bütün könüllülərə hədiyyələr verilib.

 

Apa.az