Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiq edildi

Posted by

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiq edildi

 

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiq edildi

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiq edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilir:

 

Komissiyanın sədri

 

Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

 

Komissiyanın üzvləri

 

Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri

 

Fikrət Məmmədov – Azərbaycan Respublikasının ədliyyə naziri

 

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

 

Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

 

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

 

Allahşükür Paşazadə – Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri

 

Əhliman Əmiraslanov – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin kafedra müdiri

 

Bəxtiyar Əliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elm və təhsil komitəsi sədrinin müavini, Bakı Dövlət Universitetinin kafedra müdiri

 

Azay Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri

 

Səttar Möhbalıyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

 

Elmira Axundova – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, jurnalist

 

Məlahət İbrahimqızı – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

 

Aynur Sofiyeva – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

 

Rəşad Məcidov – Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü

 

Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri

 

Mehdi Mehdiyev – Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri

 

Cəmilə Ramazanova – Azərbaycan Respublikasının əməkdar müəllimi

 

Komissiyanın katibi

 

Kəmalə İsmayılova – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə və Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə olunur ki, Komissiyanın iclaslarında iştirak etsinlər.

 

Trend.az