Azərbaycan prezidenti “Texniki təhlükəsizlik haqqında” qanuna dəyişikliklər barədə sərəncam imzalayıb

Posted by

Azərbaycan prezidenti “Texniki təhlükəsizlik haqqında” qanuna dəyişikliklər barədə sərəncam imzalayıbAzərbaycan prezidenti “Texniki təhlükəsizlik haqqında” qanuna dəyişikliklər barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti “Texniki təhlükəsizlik haqqında” qanuna dəyişikliklər barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev “Texniki təhlükəsizlik haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun tətbiqinə sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “Texniki təhlükəsizlik haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanuna uyğunlaşdırılması ilə bağlı təklifləri 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat vermək tapşırılıb.

 

Nazirlər Kabineti həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.

 

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Texniki təhlükəsizlik haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Apa.az