Azərbaycan prezidenti “Taxıl haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Posted by

Azərbaycan prezidenti “Taxıl haqqında” qanuna dəyişiklikləri təsdiqləyibAzərbaycan prezidenti “Taxıl haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Azərbaycan prezidenti “Taxıl haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Azərbaycan prezidenti İlham Əliyev “Taxıl haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “Taxıl haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat vermək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində dövlət başçısına məlumat vermək tapşırılıb.

 

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Taxıl haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Qeyd edək ki, “Taxıl haqqında” dəyişikliklərə əsasən, qanunun 6.4-cü maddəsinin ikinci cümləsində “girov qanunvericiliyinə” sözləri “Mülki Məcəlləsinə” sözləri ilə, 8.4-cü maddədə “zəruriyyət yarandıqda” sözləri “taxıl məhsullarına tələbat yerli istehsal hesabına ödənilmədikdə” sözləri ilə, 11.1-ci maddədə isə “İdxal hesabına dövlət taxıl fondu üçün taxıl məhsullarının tədarükünə zərurət yarandıqda, alınası” sözləri “Dövlət taxıl fondu üçün taxıl məhsulları idxal hesabına tədarük edildikdə, gətirilən” sözləri ilə əvəz edilib.

 

Apa.az