Azərbaycan prezidenti İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

Posted by

Azərbaycan prezidenti İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyibAzərbaycan prezidenti İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

Azərbaycan prezidenti İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

Azərbaycan prezidenti İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 29 may tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

 

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda 33.3-cü maddə əlavə edilib:

 

“33.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hal inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz”.

 

2. 34-cü maddə üzrə:

 

2.1. 34.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 34.1.7-ci maddə əlavə edilsin:

 

“34.1.7. inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi.”.

 

2.2. aşağıdakı məzmunda 34.3-cü maddə əlavə edilsin:

 

“34.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz.”.

 

3. 51-ci maddənin mətni aşağıdakı redaksiyada verilib:

 

“51.1. Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə – xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.

 

51.2. Bu Məcəllənin 51.1-ci maddəsində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda – altmış manatdan yüz manatadək miqdarda cərimə edilir.

 

51.3. Bu Məcəllənin 51.1 və 51.2-ci maddələrində nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda – əlli manatdan yüz manatadək miqdarda cərimə edilir.”.

 

4. 236.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilib: “yüz manat miqdarında cərimə edilir.”.

 

5. 297-ci maddənin sanksiyasında “otuz manatdan qırx” sözləri “əlli manatdan yüz” sözləri ilə əvəz edilib.

 

6. 307-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilib: “əlli manatdan yüz manatadək miqdarda cərimə edilir”.

 

7. 307-1.2-ci maddənin sanksiyasında “on manatdan on beş” sözləri “əlli manatdan doxsan” sözləri ilə əvəz edilib.

 

Apa.az