Azərbaycan prezidenti “İnvestisiya fondları haqqında” qanuna dəyişikliklər barədə sərəncam imzalayıb

Posted by

Azərbaycan prezidenti “İnvestisiya fondları haqqında” qanuna dəyişikliklər barədə sərəncam imzalayıbAzərbaycan prezidenti “İnvestisiya fondları haqqında” qanuna dəyişikliklər barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti “İnvestisiya fondları haqqında” qanuna dəyişikliklər barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev “İnvestisiya fondları haqqında” qanunda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “İnvestisiya fondları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib dövlət başçısında məlumat vermək tapşırılıb.

 

Nazirlər Kabineti həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.

 

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnvestisiya fondları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Apa.az