Azərbaycan prezidenti Mülki Məcəlləyə dəyişikliklərin tətbiqi barədə sərəncam imzalayıb

Posted by

Azərbaycan prezidenti Mülki Məcəlləyə dəyişikliklərin tətbiqi barədə sərəncam imzalayıbAzərbaycan prezidenti Mülki Məcəlləyə dəyişikliklərin tətbiqi barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti Mülki Məcəlləyə dəyişikliklərin tətbiqi barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 59-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

 

APA-nın xəbərinə görə, sərəncamda bildirilir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

Nazirlər Kabineti normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib, prezidentə məlumat versin.

 

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat versin.

 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib, Nazirlər Kabinetinə məlumat versin.

 

Apa.az