Azərbaycan prezidenti Əmək Məcəlləsinə dəyişikliklər barədə sərəncam imzalayıb

Posted by

Azərbaycan prezidenti Əmək Məcəlləsinə dəyişikliklər barədə sərəncam imzalayıbAzərbaycan prezidenti Əmək Məcəlləsinə dəyişikliklər barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti Əmək Məcəlləsinə dəyişikliklər barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təklifləri 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat vermək tapşırılıb.

 

Nazirlər Kabineti həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə 5 ay müddətində dövlət başçısına məlumat verməlidir.

 

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Apa.az