Azərbaycan prezidenti Miqrasiya Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

Posted by

Azərbaycan prezidenti Miqrasiya Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

Azərbaycan prezidenti Miqrasiya Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

Azərbaycan prezidenti Miqrasiya Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 6 may tarixli qanunun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2013-cü il 2 iyul tarixli qanunun tətbiqi barədə” 2013-cü il 8 iyul tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

 

APA-nın məlumatına görə, Məcəllənin 64.0.8-1-ci maddəsində “fəaliyyət sahələri” dedikdə, Qaradağ Sənaye Parkının rezidenti və onun Azərbaycan vətəndaşı və ya Azərbaycanda təsis edilmiş hüquqi şəxs olan podratçısı tərəfindən həyata keçirilən gəmiqayırma fəaliyyəti, “mütəxəssislər” dedikdə, həmin rezident və onun Azərbaycan vətəndaşı və ya Azərbaycanda təsis edilmiş hüquqi şəxs olan podratçısı tərəfindən dəvət edilmiş gəmiqayırma sahəsində ali təhsili və ya müvafiq ixtisas üzrə peşə təhsili və bu sahədə ən azı bir il iş təcrübəsi olan mütəxəssislər nəzərdə tutulur.

 

Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

 

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Apa.az