Azərbaycan prezidenti “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliyi təsdiq edib

Posted by

Azərbaycan prezidenti “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliyi təsdiq edib

Azərbaycan prezidenti İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2015-ci il 3 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Azərbaycan prezidenti “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliyi təsdiq edib

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

 

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 42.0.5-ci maddəsində “vətəndaşlığını itirdikdə” sözləri “vətəndaşlığına xitam verildikdə” sözləri ilə əvəz edilib.

 

Apa.az