Azərbaycan Prezidenti həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyətini müzakirə edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 24-də Haaqada ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşmüşdür.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Trend.az