Azərbaycan prezidenti Gürcüstanın baş naziri ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstan baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub.
APA – nın məlumatına görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.
Gürcüstan baş nazirinin bu səfərinin ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə verəcəyi qeyd edilib, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Apa.az