Azərbaycan poçtu yeni pulköçürmə xidmətini tətbiq edir

Posted by

Azərbaycan poçtu yeni pulköçürmə xidmətini tətbiq edir

Azərbaycan poçtu yeni pulköçürmə xidmətini tətbiq edir

Azərbaycan poçtu yeni pulköçürmə xidmətini tətbiq edir

“Azərpoçt” MMC “IBA-EXPRESS” təcili pulköçürmə sisteminə qoşulub. Bu barədə Trend-ə MMC-dən deyiblər.

 

MMC-dən bildiriblər ki, xidmətin aprelin 7-də tətbiq ediləcəyi gözlənilir. Hazırda MMC-nin Bakı və paytaxtdan kənarda yerləşən filiallarında IBA-EXPRESS-in tətbiqi üzrə sınaq işləri başa çatır. Yaxın vaxtlarda xidmətdən “Azərpoçt”un bütün şöbələrində istifadə etmək mümkün olacaq.

 

“IBA-EXPRESS” sistemi üzrə pul köçürmələrini dollar, avro və rublda hesab açmadan həyata keçirmək olar. Pul köçürmələri Rusiya, Azərbaycan, Gürcüstan və Tacikistanı əhatə edir.

 

Komissiya haqqı göndərilən pulun ümumi məbləğinin 1 faizinə bərabərdir.

 

Trend.az