Azərbaycan parlamentinin üzvü V Bosfor Sammitinə qatılacaq
Azərbaycan Milli Məclisinin deputatı Sevinc Hüseynova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təşkilatçılığı ilə keçiriləcək V Bosfor Sammitində iştirak etmək üçün dekabrın 9-dan 12-dək Türkiyədə səfərdə olacaq.
Parlamentdən APA – ya verilən məlumata görə, İstanbulda keçiriləcək toplantı “Gələcək üçün ssenarilər” mövzusunda olacaq.
Deputat toplantıda müzakirə ediləcək məsələlərlə bağlı öz münasibətini bildirəcək.
Apa/az