Azərbaycan parlamentində körpələrə qulluq pulunun artırılması müzakirə edilib

Posted by

Azərbaycan parlamentində körpələrə qulluq pulunun artırılması müzakirə edilibAzərbaycan parlamentində körpələrə qulluq pulunun artırılması müzakirə edilib

Azərbaycan parlamentində körpələrə qulluq pulunun artırılması müzakirə edilib

Azərbaycanda körpələrə ayrılan qulluq pulunun artırılması təklif edilir.

 

Trend-in məlumatına görə, bu təklifi Milli Məclis üzvü Elmira Axundova Sosial siyasət komitəsində “Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi” haqqında qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

 

E.Axundova qeyd edib ki, yaş yarıma qədər körpəyə qulluq üçün ayda 30 manat, bundan sonrakı müddətdə 3 yaşına qədər uşağa qulluq etmək üçün anaya ayda 15 manat verilir: “Bu rəqəmlər çox azdır və azı 60 və 30 manata çatdırılmalıdır”.

 

E.Axundova vurğulayıb ki, bu məbləğ qonşu dövlətlər, xüsusilə də Rusiya və Qazaxıstana nisbətən azdır: “Digər tərəfdən, Prezidentin sərəncamına əsasən, Azərbaycanda uşaqlar üçün yaşayış minimumu 103 manatdır. Belə olan təqdirdə, uşaqlara qulluq üçün nəzərdə tutulan məbləğ niyə 15-30 manat həddində olmalıdır?”

 

Millət vəkili doğuş üçün anaya verilən birdəfəlik müavinətin məbləğinin 90 AZN-dən 100 manata qaldırılmasını da təklif edib: “Bu, 100 manata qaldırılsa, artıq kifayət qədər ciddi və sanballı rəqəm olar”.

 

Trend.az