Azərbaycan o nadir ölkələrdəndir ki, burada dini ayrı-seçkiliyə yol verilmir
Azərbaycanın tolerantlıq modeli bütün dünya, xüsusən Şərq ölkələri üçün nümunə sayıla bilər. Azərbaycan o nadir ölkələrdəndir ki, burada məzhəb və dini ayrı-seçkiliyə yol verilmədən insanlar ibadətlərini tam rahatlıqla həyata keçirirlər.
Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşdə Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq səsləndirib.
Dövlət Komitəsindən AzərTAc-a verilən məlumata görə, görüşdə dinin müasir Azərbaycan cəmiyyətində rolu və qloballaşan dünyada müsəlman ölkələrinin tutduğu mövqe müzakirə olunub. Qeyd edilib ki, dövlət və din münasibətlərinin tənzimlənməsi dövlətin əsas vəzifələrindən biridir.
AzərTac.az