Azərbaycan nümayəndə heyəti Astanada Asiya İnkişaf Bankının 47-ci illik toplantısında iştirak edir

Posted by

Azərbaycan nümayəndə heyəti Astanada Asiya İnkişaf Bankının 47-ci illik toplantısında iştirak edir

Azərbaycan nümayəndə heyəti Astanada Asiya İnkişaf Bankının 47-ci illik toplantısında iştirak edir

Azərbaycan nümayəndə heyəti Astanada Asiya İnkişaf Bankının 47-ci illik toplantısında iştirak edir

Mayın 2-də Qazaxıstanın paytaxtı Astana şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 47-ci illik toplantısı öz işinə başlamışdır. Üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alimlər və ekspertlərin iştirak etdikləri tədbirdə Azərbaycanı maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

“Dəyişən Dünya ilə Asiyanı birləşdirən İpək Yolu” devizi altında keçirilən illik toplantının əsas mövzusu təkmilləşdirilmiş regional keçid və Mərkəzi Asiyada artıma nail olmaqdır. İllik toplantı çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra plenar iclaslarda, o cümlədən “Asiya-Sakit okean regionunda dəqiqləşdirilmiş inkişaf məqsədlərinə doğru” və “Asiyanın iqtisadi perspektivləri” mövzularında iclaslarda, “İkinci ümumdünya antiböhran konfransı”nda və digər tədbirlərdə iştirak etmişdir.

Təkcə Asiya regionunun deyil, ümumilikdə bütün dünya dövlətlərinin, eyni zamanda, aparıcı maliyyə və biznes mərkəzlərinin diqqət mərkəzində olan bu nüfuzlu tədbir 2015-ci ildə Bakı şəhərində keçiriləcəkdir. Məhz buna görə də beynəlxalq toplantının keçirildiyi Astananın Müstəqillik sarayında Azərbaycanın tanıtımı məqsədi ilə ayrıca pavilyon qurulmuşdur. Pavilyonda ölkəmizlə bağlı bir sıra maraqlı məlumatlar təqdim edilir. Burada Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanın qazandığı sosial-iqtisadi uğurlar, həyata keçirilən mühüm infrastruktur layihələri, ölkədə hökm sürən əlverişli biznes və investisiya mühiti barədə məlumat verilir. İştirakçılara Dağlıq Qarabağ, respublikamızın turizm marşrutları, mədəniyyətimiz, mətbəximiz barədə broşür, buklet, kitabça, CD və digər əyani vəsaitlər paylanılır.

Bundan başqa, quraşdırılmış xüsusi monitorlarda Azərbaycan haqqında müxtəlif videoçarxlar nümayiş olunur. Çox maraqlı və zövqlə yaradılmış pavilyon iştirakçıların böyük marağına səbəb olmuşdur. Tədbirin keçirildiyi günlərdə Azərbaycan pavilyonuna çoxlu sayda xarici ölkə təmsilçiləri baş çəkərək ölkəmiz haqqında ətraflı məlumat alırlar. Eyni zamanda, Azərbaycan pavilyonu dünyanın aparıcı kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olmuş, CNBC və digər nüfuzlu KİV-lər bu barədə ayrıca reportaj hazırlamışlar. İllik toplantı mayın 5-də işini yekunlaşdıracaqdır.

1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Banka 67 üzv ölkə daxildir. Azərbaycan AİB-ə 1999-cu il dekabrın 22-də üzv qəbul olunmuşdur.

 

AzərTac.az