Azərbaycan NATO hərbi təlimlərində müşahidəçi qismində iştirak edəcək
Azərbaycan Türkiyə nə NATO ölkələrinin birgə keçirəcəyi “Nusret -2014” hərbi dəniz təlimlərində müşahidəçi qismində iştirak edəcək. Bu barədə Trend Türkiyənin “Denizhaber” qəzetinə istinadən məlumat verib.
Məlumata əsasən, hərbi təlimlər bu il 21-30 dekabrda keçiriləcək.
Azərbaycanla yanaşı, hərbi təlimlərdə 17 dövlət müşahidəçi qismində iştirak edəcək.
Trend.az