Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının idarə edilməsinin effektivliyini artırır

Posted by

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2013-cü il ərzində 21 faiz artaraq 14,2 mlrd. ABŞ dollarına çatıb. Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, bu barədə AMB-nin İdarə Heyətinin 2013-cü ilin yekunlarına həsr olunmuş geniş iclasında deyilib.

Ölkənin tədiyə balansında irihəcmli profisitin mövcud olması ilə əlaqədar valyuta bazarında təklifin tələbi üstələdiyi şəraitdə məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank tərəfindən 2,5 mlrd. ABŞ dollarına yaxın həcmdə alışyönlü valyuta sterilizasiyası həyata keçirilib. Nəticədə, dövr ərzində manatın ABŞ dollarına qarşı məzənnəsinin sabitliyi qorunub: “Qlobal müstəvidə iqtisadi güc mərkəzlərinin tədricən dəyişməsi, o cümlədən inkişaf etmiş maliyyə bazarlarında davam edən aşağı gəlirlilik şəraitində Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə edilməsinin səmərəliliyinin artırılması üçün ehtiyatların valyuta, alət və coğrafi diversifikasiyasının genişləndirilməsi məqsədilə yeni strategiya formalaşdırılıb”.

Trend.az