Azərbaycan Malayziyada keçirilən sərgidə 132 adda müdafiə məmulatı nümayiş etdirilir
Müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti Malayziyada səfərdədir.
Müdafiə Sənayesi Nazirliyindən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd aprelin 14-dən 17-dək Malayziyanın Kuala-Lumpur şəhərində keçiriləcək XIV Asiya Müdafiə Xidmətləri Sərgisində (DSA-2014) Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal edilən müdafiə təyinatlı məmulatların nümayiş etdirilməsidir.
Dörd gün davam edəcək sərgidə Müdafiə Sənayesi Nazirliyi 132 adda məmulat nümayiş etdirəcəkdir.
Sərgidə 55 ölkədən 800-dən çox şirkət iştirak edir.
Səfər çərçivəsində nazir Yavər Camalovun Malayziyanın dövlət rəsmiləri və sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.
Trend.az