Azərbaycan Londonda dəniz quldurluğunun qarşısını almaq yollarını müzakirə edəcək

Posted by

Azərbaycan Londonda dəniz quldurluğunun qarşısını almaq yollarını müzakirə edəcəkAzərbaycan Londonda dəniz quldurluğunun qarşısını almaq yollarını müzakirə edəcək

Azərbaycan Londonda dəniz quldurluğunun qarşısını almaq yollarını müzakirə edəcək

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatı olan, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (IMO) 17-21 noybr 2014-cü il tarixlərində London şəhərində keçirilən Dəniz Təhlükəsizliyi Komitəsinin 94-cü sessiyasında iştirak edir.

 

Administrasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Dənizdə insan həyatının mühafizəsinə dair”, “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq konvensiyalara edilən dəyişikliklərin təhlil olunması və göstərilən dəyişikliklərin milli qanunvericiliyə implementasiyası üzrə müzakirələrin aparılması sessiyanın gündəmində duran əsas məsələlərdir.

 

Eyni zamanda, Komitənin iclasında beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, dəniz mühitinin mühafizəsinin və dənizdə təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar dünya dəniz dövlətləri tərəfindən həyata keçirilməsi zəruri olan fəaliyyətlərlə əlaqədar ümumi müzakirələr aparılacaq.

 

Həmçinin, sessiya müddətində Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri və sessiyada iştirak edən üzv dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

 

APA.az