Azərbaycan-Küveyt əlaqələri daha da genişlənir

Posted by

Azərbaycan-Küveyt əlaqələri daha da genişlənir

Azərbaycan-Küveyt əlaqələri daha da genişlənir

Azərbaycan-Küveyt əlaqələri daha da genişlənir

Mayın 1-də Küveyt Dövləti Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər.

 

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərindən, parlamentlərimizin əlaqələrinin daha da möhkəmləndirilməsindən danışılıb.

 

Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Hüseynbala Mirələmov bildirib ki, ölkələrimiz arasında qədim dostluq münasibətləri var və bizi birləşdirən ortaq dəyərlər mövcuddur. O, əminliyini bildirib ki, iki ölkə arasında əlaqələr daha da möhkəmlənəcək. Qeyd edilib ki, Azərbaycan gündən-günə inkişaf edir və ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycana sərmayə yatırmaq üçün hər cür şərait yaradılıb.

 

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Azərbaycan-Küveyt əlaqələrindən danışıblar. Onlar, həmçinin Milli Məclisin fəaliyyəti barədə məlumat verib və ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıblar.

 

Küveyt Dövləti Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun rəhbəri Saud Nəşmi Əl-Hureyci Azərbaycanda olmaqdan məmnunluğunu bildirib. O deyib ki, səfərin məqsədi iki ölkə arasında əməkdaşlığı daha da genişləndirməkdir. Azərbaycanın inkişaf etdiyini, burada böyük layihələrin həyata keçirildiyini deyən Saud Nəşmi Əl-Hureyci Küveytin ölkəmizə sərmayə yatırmaq niyyətində olduğunu diqqətə çatdırıb. O, əminliklə qeyd edib ki, ölkələrimizin əlaqələri daha da möhkəmlənəcək.

 

Küveyt-Azərbaycan dostluq qrupunun üzvləri görüşdə xalqlarımız arasındakı dostluq münasibətlərindən söhbət açıblar.

 

AzərTac.az