Azərbaycan ilə Tunis arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağı müzakirələr aparılmışdır

Posted by

Mayın 13-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ər-Riyad şəhərində Tunisin xarici işlər naziri Munji Hamdi ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, ticarət və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunmuş, xarici işlər nazirlikləri arasında məsləhətləşmə mexanizminin yaradılması və qarşılıqlı səfərlərin vacibliyi qeyd edilmişdir.

Elmar Məmmədyarov tunisli həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat vermiş, problemin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirmişdir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum qətnamələrində işğalçı qoşunların Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasının tələb olunduğunu deyən E.Məmmədyarov Ermənistanın bu sənədlərə məhəl qoymadığını vurğulamışdır. O əlavə etmişdir ki, Ermənistan müxtəlif məqsədyönlü addımlar, o cümlədən Cenevrə konvensiyalarına zidd şəkildə Suriya ermənilərini işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirməklə münaqişənin həllinə əngəl yaradır. E.Məmmədyarov Ermənistanın münaqişə ilə əlaqədar mövqeyinin beynəlxalq hüquq və məntiqdən kənar olduğunu qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər, eləcə də Şimali Afrikada vəziyyətlə bağlı fikir mübadiləsi aparılmışdır.

AzərTac.az