Azərbaycan ilə İƏT arasında əlaqələrin perspektivləri müzakirə olunub

Posted by

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədənini qəbul edib.

Trend Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, E.Məmmədyarov Azərbaycanın İƏT ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdıraraq, ölkəmizin İƏT ilə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığının daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Baş katib İ.Mədəni fəal üzv kimi Azərbaycanın İƏT-in fəaliyyətinin dəstəklənməsində oynadığı vacib rolunun və təşkilatın inkişafına verdiyi töhfəsinin yüksək qiymətləndirildiyini bildirib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İƏT-ə təşəkkürünü ifadə edib.

Görüş əsnasında davamlı inkişafa xidmət edən layihələrin icrası və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Trend.az