Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Posted by

Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

 

 

Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Dekabrın 11-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Serbiya Respublikası Milli Məclisinin sədri xanım Maya Qoykoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

AzərTAc xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan ilə Serbiya Respublikası arasındakı əlaqələrdən, ölkələrimizin müxtəlif sahələrdəki əməkdaşlığından danışıb. Parlament sədri əməkdaşlığın möhkəmləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və parlamentlərarası əlaqələrin rolunu xüsusi vurğulayıb.

 

O.Əsədov Azərbaycan ilə Serbiya Respublikası arasında mədəni, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan O.Əsədov beynəlxalq ictimaiyyətin bu münaqişənin həlli üçün kifayət qədər səy göstərmədiyini bildirib. O vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə, o cümlədən beynəlxalq təşkilatların problemin həlli ilə bağlı qəbul etdiyi sənədlərə məhəl qoymayan Ermənistan torpaqlarımızın 20 faizini işğal altında saxlayır.

 

Maya Qoykoviç Azərbaycan ilə Serbiya arasında münasibətlərdən məmnunluqla danışıb, vurğulayıb ki, Serbiya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir və bu münaqişənin tezliklə sülh yolu ilə ədalətli həllinə nail olunacağına inanır. Serbiya ATƏT-ə sədrliyi dövründə bu münaqişənin həlli istiqamətində addımlar atacaqdır.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

 

AzərTac.az