Azərbaycan ilə Kanada arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur
Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev bu ölkənin Saskaçevan əyalətinin inzibati mərkəzi olan Recayna şəhərinə işgüzar səfər etmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, səfərin məqsədi Azərbaycan ilə Saskaçevan əyaləti arasında iqtisadi-ticarət əlaqələrinin, xüsusilə də kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf imkanlarının araşdırılması olmuşdur.
F.Şəfiyev Saskaçevan əyalətinin qubernatoru xanım Von Solomon Skofild, əyalət katibi Ueyn Elhard və kənd təsərrüfatı naziri Layl Stüart, eləcə də əyalətin Brandt Şirkətlər Qrupu, Viterra şirkəti və Saskaçevan Ticarət və İxrac Tərəfdaşlığı Təşkilatının rəhbər işçiləri ilə ikitərəfli görüşlər keçirmişdir.
Görüşlərdə Azərbaycanın Kanada ilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu diqqətə çatdırılmış, hər iki ölkənin regionları arasında birbaşa əlaqələrin qurulmasının dövlətlərarası qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına mühüm töhfə verdiyi vurğulanmışdır.
Səfir Recaynada hər il keçirilən “Agribition” kənd təsərrüfatı sərgisini ziyarət etmişdi