Martın 9-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası və Böyük Britaniya Müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Danışıqların yekunu olaraq, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazırliyi arasında 2017/2018-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.
AZƏRTAC