Azərbaycan Hanoyda keçirilən xeyriyyə yarmarkasında təmsil olunub

Posted by

Azərbaycan Hanoyda keçirilən xeyriyyə yarmarkasında təmsil olunub

Azərbaycan Hanoyda keçirilən xeyriyyə yarmarkasında təmsil olunub

 

 

Azərbaycan Hanoyda keçirilən xeyriyyə yarmarkasında təmsil olunub

Azərbaycan Vyetnamın paytaxtı Hanoy şəhərəində ən kütləvi tədbirlərdən biri olan ənənəvi xeyriyyə yarmarkasında təmsil olunub. Diplomatik nümayəndəliklərin, diaspora və qeyri-hökumət təşkilatlarının, yerli və xarici şirkətlərin təmsilçilərinin iştirak etdikləri yarmarkanın əsas məqsədi satışdan əldə olunan vəsaitin xeyriyyə layihələrinə sərf olunmasıdır. Bununla yanaşı, yarmarka iştirakçı ölkələrin tarixi irsinin, mədəniyyətinin, mətbəxinin və turizm potensialının təbliğı baxımından böyük əhəmiyyət kəsb edir.

 

Azərbaycanın Vyetnamdakı səfirliyi “Bakı-2015” ilk Avropa Olimpiya Oyunlarının təqdimatı məqsədilə ölkəmiz üçün ayrılmış stendin tərtibatında “Bakı-2015”-in loqolarından istifadə edib. Stendimizdə, milli suvenirlər, xalçalar, habelə ölkəmizlə bağlı şəkillər, kitablar, bukletlər, video çarxlar və digər təbliğat materialları nümayiş etdirilib, Azərbaycan mətbəxindən nümunələr təqdim olunub. Aksiya zamanı Azərbaycan mətbəxinə dair Vyetnam dilində çap olunmuş kitabın təqdimatı keçirilib, stendimizi ziyarət edənlərə nəşrin nüsxələri paylanılıb.

 

Yarmarkada Azərbaycan istehsal olan meyvə şirələri, mürəbbə və çay məhsullarının Vyetnam Ticarət Palatası vasitəsilə dəvət olunmuş bir sıra şirkətlərin nümayəndələrinin iştirakı ilə dequstasiyası keçirilib.

 

Azərbaycan stendi 2013-cü ildə olduğu kimi bu il də ən çox ziyarət olunan stendlərdən bir kimi iştirakçıların böyük marağı ilə qarşılanıb.

 

AzərTac.az