Azərbaycan əhalisinin sayı 9,5 milyonu ötüb

Posted by

Azərbaycan əhalisinin sayı 9,5 milyonu ötüb

Azərbaycan əhalisinin sayı 9,5 milyonu ötüb

Azərbaycan əhalisinin sayı 9,5 milyonu ötüb

Azərbaycanda əhalinin sayı 9500,7 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2014-cü il aprel ayının 1-i vəziyyətinə ölkədə əhalinin təbii artımı 23 423 nəfər olub.

Bu ilin birinci rübü ərzində Azərbaycanda 38 211 uşaq doğulub, 14 788 nəfər isə dünyasını dəyişib.

Azərbaycanda əhalinin hər 1000 nəfərinə təbii artım 10,1 nəfər olub. Doğulanların səviyyəsi hər 1000 nəfərə görə 16,5 nəfər, ölənlərin səviyyəsi isə 6,4 nəfər təşkil edib.

Qeyd edilən müddətdə 17 367 nikah bağlanıb, 2 739 boşanma baş verib.

Əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,5, boşanmaların sayı 1,2 olub.

Bu ilin ilk rübü ərzində paytaxt Bakı şəhərininin əhalisi 2186,5 min nəfər olub. Bakıda əhalinin təbii artımı 4 480 nəfər olub. Bu ilin yanvar-mart ayları ərzində paytaxtda 7719 uşaq doğulub, 3 239 nəfər isə dünyasını dəyişib.

Qeyd edilən müddətdə Bakıda 3949 nikah bağlanılıb, 947 boşanma baş verib.

 

Trend/az