Azərbaycan efir məkanı üzərində nəzarəti gücləndirir
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsi (DRİ) radiotezliklərin monitorinqi üçün yeni nəzarət-ölçmə avadanlıqları alıb. Bu barədə Trend-ə DRİ-dən məlumat verilib.
İdarə tərəfindən müxtəlif rabitə standartlarının siqnallarının təxminən 40 ədəd analizatoru alınıb.
Bundan başqa, idarənin ən yaxın planlarına tezliklərin monitorinqi üçün beş mobil stansiyanın alınması daxildir. İki stansiyanın fevralın əvvəlində quraşdırılması planlaşdırılır.
Yeni avadanlıq ölkənin efir məkanına nəzarət etməyə, tezlik spektrlərindən qanunsuz istifadəni aşkar etməyə və radioelektron vasitələrin (REV) işinə maneə yaradan amilləri aradan qaldırmağa imkan verəcək.
Hazırda idarənin öhdəsində üç mobil stansiya var. Onlardan biri 40 qiqahersə qədər diapazonda və səkkiz qiqahersə qədər tezliklərə nəzarət etməyə, onların monitorinqlərini keçirməyə, REV yerini avtomatik aşkar etməyə qadirdir. İki digər stansiya altı qiqahersə qədər diapazonda tezlik spektrinə nəzarət edə bilər.
Trend.az