Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
APA-nın məlumatına görə, dəyişiklik Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayının artırılması ilə bağlıdır.
Bundan sonra Dövlət Komitəsi sədrinin 3 müavini olacaq.
Qeyd edək ki, hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 2 müavini var.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, müavini Gündüz İsmayılovdur.
Apa.az