Azərbaycan bu il İraqda səfirlik aça bilər
Azərbaycanın İraqda diplomatik nümayəndəliyinin açılması 2014-cü ildə gözlənilir. Bu barədə İraqın Azərbaycandakı səfiri Heydər əl-Barrakın Trend-ə daxil olan bəyanatında deyilir.
Diplomatın sözlərinə görə, Azərbaycan tərəfi səfirliyin açılmasına maraq göstərir.
Səfir qeyd edib ki, bu proses müəyyən vaxt tələb edir: “Biz ümid edirik ki, bu hadisə cari ildə baş verəcək”.