Azərbaycan «Boeing-787 Dremliner» təyyarəsini bu il alacaq
«Azərbaycan Hava Yolları» QSC (AZAL) bu il ölkəyə «Boeing-787 Dremliner» təyyarəsini gətirəcək.
Bunu «APA-Economics»ə aviaşirkətin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.
Onun sözlərinə görə, təyyarə təxminən 250 nəfərlik sərnişin üçün nəzərdə tutulub.
«Bu təyyarə AZAL-a Cənubi və Şimali Amerika, Cənub-Şərqi Asiya və digər regionlara uçuşlar yerinə yetirməyə imkan verəcək», – deyə M.Səfərli əlavə edib.
Xatırladaq ki, hazırda AZAL-ın təyyarə parkında 7 «Airbus A-320», 4 «Boeing-757-200», 3 «Airbus A-319», 2 «Airbus A-340», 2 «Boeing-767-300ER» avialaynerləri mövcuddur.
Apa.az