Azərbaycan Avropada demoqrafik baxımdan cavan yaş strukturuna malik ölkələrdən biridir
Hazırda Azərbaycan Respublikası Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda olan ölkələrdən biridir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, 2014-cü ilin əvvəlinə olan məlumatlara əsasən, əhalinin ümumi yaş strukturunda gənclərin (15-29 yaşda) payı 27.5 faiz və uşaqların (0-14 yaşda) payı 22.4 faiz təşkil edir. Bununla yanaşı, 1990-2013-cü illərdə kiçik (0-14 yaşda) yaş qrupunda olanların sayı 11.1 faiz azalıb. Eyni zamanda, 65 yaş və yuxarı yaşda olan əhalinin sayı 60.6 faiz artıb və bu təbəqənin xüsusi çəkisi 4.8 faizdən 5.8 faizə qədər yüksəlib. Bu da öz növbəsində əhalinin yaşlaşma meylini xarakterizə edir. Əmək qabiliyyətli yaşda olan əhalinin sayında da əhəmiyyətli artım baş verib. Belə ki, 15-64 yaş qrupunda olan əhalinin sayı 51.6 faiz, o cümlədən 15-29 yaşlıların sayı 26.2 faiz artıb və əhalinin ümumi strukturunda 15-64 yaş qrupunun payı 62.3 faizdən 71.8 faizə qədər dəyişib. Hazırda Azərbaycan Respublikası Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda olan ölkələrdən biridir. Hazırda Azərbaycan Respublikası Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda olan ölkələrdən biridir.
Nazirlik hesab edir ki, mövcud moqrafik vəziyyət və bu sahədə perspektiv qiymətləndirmələr ölkədə demoqrafik, təhsil və məşğulluq siyasətlərinin qarşılıqlı əlaqələndirilməsinin gücləndirilməsini zəruri edir.
Nazirlikdən bildirilib ki, 2003-2013-cü illər ərzində ölkə əhalisinin sayı 14 faiz artaraq 2014-cü il 1 yanvar tarixinə 9477.1 min nəfər təşkil edib. Əhalinin 53.2 faizi şəhərlərdə, 46.8 faizi isə kənd yerlərində yaşayır. Qeyd olunan dövr ərzində şəhər əhalisi 16 faiz və kənd yerlərində yaşayan əhalinin sayı 11 faiz artıb. Bu da öz növbəsində ölkədə urbanizasiya proseslərinin sürətlənməsindən xəbər verir.
Trend.az