Azərbaycan Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun fəal üzvü və mühüm tərəfdaşıdır

Posted by

Azərbaycan korrupsiya ilə mübarizədə Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO) fəal üzvü və mühüm tərəfdaşıdır. Biz bu qurum çərçivəsində Azərbaycan ilə fəal əməkdaşlıq edirik.

Bu sözləri GRECO-nun prezidenti Marin Mrçela noyabrın 19-da AzərTAc-a müsahibəsində deyib.

Bakıda Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzvü və iştirakçısı olan dövlətlərin Assambleyasının 3-cü sessiyasının keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirən M.Mrçela bildirib ki, Azərbaycan korrupsiyaya qarşı mübarizə ilə bağlı üzərinə götürdüyü öhdəliklərə hər zaman əməl edib.

Beynəlxalq konfransda müşahidəçi statusunda təmsil olunduqlarını vurğulayan qonaq diqqətə çatdırıb ki, GRECO Beynəlxalq Antikorrupsiya Akademiyasının üzvüdür. Bu, mükəmməl əməkdaşlıq deməkdir. Bu konfrans təkcə peşəkarlar üçün deyil, eyni zamanda, ictimai xadimlər üçün də əhəmiyyətlidir. Təbii ki, bu iki tərəf korrupsiya ilə mübarizədə fikir mübadiləsi aparmaqla bir-birilərindən faydalana bilər.

AzərTac.az