Azərbaycan ATƏT PA-nın Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsinin səlahiyyətlərinin artırılması təklifi ilə çıxış edib

Posted by

Bahar Muradova: “ATƏT PA da prosesə öz töhfəsini verə bilər”

ATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsinin səlahiyyəti ilə bağlı quruma yeni təkliflər təqdim edib.

Bunu APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

B. Muradova qeyd edib ki, təklif ATƏT PA-nın xüsusi nümayəndəsinin səlahiyyətlərinə yenidən baxılması ilə bağlıdır: “Biz hesab edirik ki, xüsusi nümayəndənin fəaliyyəti genişləndirilməlidir. Bu, xüsusi əhəmiyyət kəsb edir. Prezidentlərin və onların nümayəndələrinin aktiv görüşləri keçirilir, danışıqlar aparılır, ATƏT PA da bu fəaliyyətdən kənarda qalmamaq üçün xüsusi nümayəndə institutunu gücləndirməli, xüsusi nümayəndəyə yeni səlahiyyətlər verilməlidir.

Bununla, biz Xorvatiyada başladığımız müzakirələri müxtəlif istiqamətlərdə davam etdirə bilərik. Burada icmaların görüşü keçirilə, xüsusi nümayəndənin bölgəyə səfərlərinin nəticəsi olaraq müvafiq sənəd hazırlana, keçirilən görüşlərdən gəlinən qənaət və s. ortaya qoyula bilər. Bu addımlar ATƏT PA-nın münaqişə ilə bağlı müzakirələrdə rol oynamasına imkan yaradardı. Bununla, ATƏT PA da prosesə öz töhfəsini verə bilər. Biz bunu təklif etmişik”.

B. Muradova vurğulayıb ki, hələlik təklifə rəsmi cavab verilməyib.

Apa.az