Azay Quliyev bankları QHT nümayəndələrindən artıq pul almaqda ittiham etdi
Azərbaycan Parlamentinin deputatı Azay Quliyev bankları QHT-lərə qarşı qanunsuzluqda günahlandırdı.
Trend-in məlumatına görə, Milli Məclisin deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri A.Quliyev parlamentin bugünkü iclasında bankları tənqid edib.
Millət vəkili deyib ki, bəzi banklar öz müştəriləri arasında ciddi fərq qoyur, QHT-lərdən ağlasığmaz dərəcədə yüksək xidmət haqqı tələb edirlər: “Əgər hansısa xidmət üçün digər müştərilərdən 1 manat 50 qəpik tələb olunursa, QHT-lərdən 100 manat, bəzən isə 1000 manat xidmət haqqı tələb edilir. Bu, açıq-aşkar qanunsuzluqdur və məsələyə yüksək səviyyədə münasibət bildirilməlidir”.
Trend.az