Azərbaycan ATƏT Parlament Aassambleyası (PA) ilə münasibətlərini möhkəmləndirmək niyyətindədir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin ATƏT Parlament Assambleyasının sədr müavini, deputat Azay Quliyev jurnalistlərə deyib.
O bildirib ki, bu məqsədlə Milli Məclisin sədri Oqtay Əsədov ATƏT PA-nın sədri Kristina Muttonen Azərbaycana dəvət edib: “Ümid edirik ki, bu səfər yaxın vaxtlarda gərçəkləşəcək. Aprelin 23-24-də Kopenhagendə ATƏT PA-nın növbəti görüşü olacaq, orada mən bu dəvəti bir daha xatırladacağam”.
Trend.az