Azərbaycan XİN başçısı BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında iştirak edəcək

Posted by

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında iştirak edəcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan xarici işlər nazirinin sessiyada çıxışı fevralın 26-na planlaşdırılıb.

“Azərbaycan insan hüquqları sahəsində beynəlxalq qurumlarla konstruktiv dialoq qurub”, – H.Hacıyev vurğulayıb.

Report