ATƏT-in Minsk qrupu həmsədrləri ilə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçilərinin görüşü təxirə salınıb.
Görüş noyabrın 16-da Parisdə keçirilməli idi. Lakin həmsədrlərin həmin gün Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü planlaşdırıldığından Paris görüşü təxirə salınıb.
Qeyd edək ki, görüşün keçirilməsinə dair qərar AŞPA Monitorinq Komitəsinin Avropa Şurası ölkələri arasında münaqişələrə dair alt komitənin bu il oktyabrın 10-da keçirilmiş iclasında verilmişdi. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak etməli idi.
APA